FİFA prezidentliyinə namizədliyini irəli sürən Portuqaliya yığmasının sabiq futbolçusu Luiş Fiqu mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, “Barselona”, “Real” və “İnter”in keçmiş yarımmüdafiəçisi dünya çempionatı ilə bağlı maraqlı fikir səsləndirib.
Fiqu mundialların final mərhələsinin iştirakçılarının sayını artırmağı təklif edib: “Hesab edirəm ki, dünya çempionatlarında komandaların sayı 32-dən 40-a, və ya 48-ə qədər ola bilər. Hər iki variant mümkündü. Əgər yarışın vaxtının müddətini üç-dörd günə artırmaq olsarsa, bu baş tuta bilər. Qrup mərhələsi iki fərqli qitədə keçirilsin. Seçmə mərhələsinin oyunları isə bir ölkədə reallaşsın”.
Qeyd edək ki, 1998-ci ildən FİFA prezidenti vəzifəsini icra edən Yozef Blatte ardıcıl 5-ci dəfə bu posta namizədliyini irəli sürüb. Mayın 29-da keçiriləcək seçkidə Fiqu ilə yanaşı, İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn və Hollandiya Futbol İttifaqının prezidenti Mixael van Praaq da iştirak edəcək.