Millimizin vitse-kapitanı Mahir Şükürov “Neftçi”dən ayrıla bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli sağ cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanıldığı deyilsə də, bu, belə deyil.
“Neftçi”nin Şükürovla müqavilə bağlamaq istəməməsi isə heç də səbəbsiz deyil. Belə ki, artıq baş məşqçi Böyükağa Hacıyev də onun klub daxilində yol verdiyi intizamsızlıqlardan təngə gəlib. Ona görə də Şükürovla yollara davam etməmək qərara alınıb.
Qeyd edək ki, “Neftçi”də bu mövqedə U-21-in futbolçusu Məqsəd İsayev də çıxış edir. O, ölkə kubokunun oyunlarında cəzalı olan Mahir Şükürovun yoxluğunu hiss etdirməyib.