[b]Mahir Şükürov qol vurdu, komandası 1 xal qazandı[/b]
13.02.2015 - 23:02
[b]Mahir Şükürov qol vurdu, komandası 1 xal qazandı[/b]

Türkiyə PTT I Liqasının XX turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” doğma azarkeşləri önündə “Osmanlıspor”la üz-üzə gəlib.

 

Qarşılaşmada qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə başa çatıb.

 

Bu görüşdə Mahir meydana start heyətdə çıxıb və 90 dəqiqə mübarizə aparıb. O, oyunun 5-ci dəqiqəsində hesabı açıb. Lakin “Karşıyaka” fasiləyə qədər üstünlüyünü qoruya bilməyib.

 

Bundan başqa, Şükürov qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, aktivinə 1 xal yazdıran “Karşıyaka” 30 xalla 5-ci pillədə qərarlaşır.