[b]Mahir Şükürov Türkiyə klubunda [/b]
16.06.2014 - 20:40
[b]Mahir Şükürov Türkiyə klubunda [/b]

"Neftçi"nin keçmiş oyunçusu Mahir Şükürov artıq Türkiyənin "Karşıyaka" klubunun uğurları üçün çalışacaq. Apasport.az saytının məlumatına görə, millinin üzvü PTT 1-ci Liqa təmsilçisi ilə 2 (1+1) illik müqavilə imzalayıb.

 

Bu barədə "Karşıyaka"nın rəsmi internet səhifəsində məlumat yayılıb. Qeyd edək ki, Şükürovun "Neftçi" ilə müqavilə müddəti başa çatdıqdan sonra tərəflər arasında razılıq olmadığından müdafiəçi ilə yollar ayrılmışdı. 

 

Mənbə: Futbolinfo.az