[b]Makedoniya millisi Bakıya gəlir[/b]
03.04.2018 - 11:05
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha iki yoxlama oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandamız Makedoniyanın U-21 yığması ilə iki dəfə üz-üzə gələcək.
Bu matçlar mayın 24-də və 27-də Bakıda baş tutacaq. Oyunların keçiriləcəyi stadion və başlama saatı dəqiqləşməyib.
Qeyd edək ki, yığmamız mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Mənbə: affa.az
0
0