[b]Makedoniya yığmasına millimizlə matç üçün 19 futbolçu çağırıldı[/b]
07.03.2018 - 14:46
[b]Makedoniya yığmasına millimizlə matç üçün 19 futbolçu çağırıldı[/b]

Makedoniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 27-də Azərbaycan millisi ilə qarşılaşacaq balkanlıların heyətin 19 futbolçu dəvət olunub.

 

Baş məşqçi İqor Angelovski martda keçiriləcək görüşlərdə məhz bu sayda futbolçuya güvənəcək. Rəqibimiz ayın 23-də Finlandiya, 4 gün sonra millimizlə üz-üzə gələcək.

 

Hər iki qarşılaşma Türkiyənin Antalya şəhərində baş tutacaq. Angelovski yerli çempionatın 5 futbolçusunu və 14 legioneri heyətə cəlb edəcək. Makedoniya millisi qarşılaşmaların hazırlığını martın 18-də Antalyada başlayacaq.

 

Qapıçılar: Stole Dimitrievski (“Ximnastik”, İspaniya), Deyan İliyev (“Arsenal”, İngiltərə)

Müdafiəçilər: Stefan Ristovski (“Sportinq”, Portuqaliya), Qoko Zaykov (“Şarlerua”, Belçika), Kristian Toşevski, Darko Belkovski (hər ikisi “Vardar”), Kire Ristevski (“Vaşaş”), Visar Muslui (“Şkendiya”)

Yarımmüdafiəçilər: Arian Ademi (“Dinamo”, Xorvatiya), Enis Bardi (“Levante”, İspaniya), Stefan Spirovski (“Ferensvaroş”, Macarıstan), Boban Nikolov (“Videoton”, Macarıstan), Ezuon Alioski (“Lids”, İngiltərə), Maryan Radeski, Ferhan Hasani (hər ikisi “Şkendiya”)

Hücumçular: Qoran Pandev (“Cenoa”, İtaliya), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi “Palermo”, İtaliya), İvan Triçkovski (AEK, Kipr)