[b]“Qarabağ”ın futbolçusu millinin düşərgəsindən ayrıldı[/b]
21.02.2015 - 23:39
[b]“Qarabağ”ın futbolçusu millinin düşərgəsindən ayrıldı[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində daha bir dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın oyunçusu Maksim Medvedev zədəli olduğu üçün millinin düşərgəsindən ayrılıb.

 

Xatırladaq ki, daha öncə Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) də zədəli olduqları üçün millinin heyətində Türkiyəyə yollanmamışdılar.