[b]Mançini “Qalatasaray”da qaldı…[/b]
10.06.2014 - 23:00
[b]Mançini “Qalatasaray”da qaldı…[/b]

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançininin komandada qalıb-qalmayacağına aydınlıq gətirməli olan görüş başa çatıb. Apasport.az saytının məlumatına görə, klubun başqanı Ünal Aysalla görüşən italiyalı mütəxəssis “Qalıram” cavabını verib.

 

Ünal Aysalla Mançini arasında “Les Ottomans Hotel”də keçirilən görüş 3 saat davam edib. Mançini mehmanxanadan çıxanda mətbuat nümayəndələrinə açıqlama verməyib. Ancaq klub prezidentinə yaxın mənbələr görüşdə razılaşma əldə olunduğunu bildiriblər.

 

Ünal Aysal da görüşdən sonra açıqlama verməyərək kluba gedib. “Qalatasaray” rəhbərliyinin görüşün nəticələri ilə bağlı ən yaxın müddətdə rəsmi açıqlama verəcəyi gözlənilir.