[b]Mançini İtaliya millisi ilə müqaviləni razılaşdırdı[/b]
08.05.2018 - 12:20
[b]Mançini İtaliya millisi ilə müqaviləni razılaşdırdı[/b]

“Zenit”in baş məşqçisi Roberto Mançini İtaliya millisini çalışdırmağa yaxındı. Apasport.az saytının “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıblar və yalnız təkcə Sankt-Peterburq klubunun razılığı qalıb.

 

“Zenit”də illik 4,5 milyon avro qazanan Mançini İtaliya yığmasında ilinə 2 milyon avro məvacib alacaq.

 

İtalyan mütəxəssisin 2 illik sazişə imza atacağı gözlənilir. Mançininin “Nitsa”nın forvardı Mario Balotellini yığmaya qaytarmaq və Canluici Buffon üçün vida matçı təşkil etmək niyyətində olduğu bildirilir.

 

Mançininin İtaliya millisinin baş məşqçisi postuna təyinatı 20 may tarixinə qədər açıqlanacaq.