[b]Martines Çindən qovuldu[/b]
02.03.2018 - 23:10
Kolumbiya yığmasının hücumçusu Cekson Martines “Quançjou Everqrand”dan qovulub. Apasport.az saytı xəbər verir ki, Çin klubu 31 yaşlı futbolçu ilə vidalaşıb.
Buna rəhbərlik və məşqçilər korpusunun Martinesin çıxışından narazı qalması səbəb olub. Çinlilər 2016-cı ildə 42 milyon avroya transfer etdikləri forvarda "qapı göstəriblər".
Qeyd edək ki, Kolumbiya yığmasında 40 oyunda 9 qol vurmuş Cekson Martines “Quançjou Everqrand”a “Atletiko”dan keçmişdi. O, Çin təmsilçisində ümumilikdə 16 matçda 4 dəfə fərqlənib.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
0
0