Sabah Topaz Premyer Liqasında XXVII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar eyni gündə baş tutacaq.
Bu matçlardan biri – “Keşlə” və “Qarabağ” arasında matç digərlərindən tez başlayacaq. Bu da onunla bağlıdı ki, hər iki komanda üçün görüş formal xarakter daşıyır. Artıq çempionluğu təmin edən Qurban Qurbanovun yetirmələri səfərdəki uğurlu seriyanı davam etdirməyə çalışacaq. Ardıcıl üç dəfə rəqib meydanında qalib gələn ağdamlılar rəqibinin qol seriyasını qırmağa çalışacaq. Belə ki, paytaxt təmsilçisi bu il keçirdiyi bütün oyunlarda rəqib qapısına yol tapıb.
Digər üç oyun gümüş və bürünc medal baxımından əhəmiyyət daşıyır. Buna görə də görüşlərin üçü də eyni vaxtda başlayacaq.
Turun mərkəzi qarşılaşması Sumqayıtda baş tutacaq. Artıq medallardan biri və avrokuboka vəsiqəni təmin edən “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq. Roman Qriqorçukun yetirmələrinə indi qərarlaşdığı 2-ci pilləni təmin etmək üçün 1 xal da kifayətdi. “Qırmızı-qaralar”ın xal qazanması sumqayıtlıları çətin vəziyyətə sala bilər. Samir Abasovun yetirmələri avrokubok şansını çətinə salmamaq üçün mütləq qalib gəlməlidi.
“Qəbələ” xal qazanmadan da gümüşə qovuşa bilər. Bunun üçün “Neftçi” də xal itirməlidi. Lakin çempionatın debütantı “Səbail”i qonaq edəcək Tərlan Əhmədovun yetirmələrinin büdrəməsi heç inandırıcı görünmür. Yüksəlişdə olan ölkənin ən titullu klubunun xal hesabını artıracağı gözləniləndi. Matçın Samir Əliyevin komandası üçün formal xarakter daşıması da “ağ-qaralar”ın lehinədi.
“Sumqayıt”la “Neftçi”nin bürünclə Avropa Liqasına getmək mübarizəsinə “Zirə” də qoşula bilər. Mövsümün ikinci yarısının uğursuzlarından olan Ayxan Abbasovun yetirmələri bunun üçün həm əsas rəqiblərinin büdrəməsinə ümid etməli, həm də özü uğur qazanmalıdı. Paytaxt klubu bu turda çempionatın autsayderi “Kəpəz”i sınağa çəkəcək. Yunis Hüseynovun yetirmələri üçün oyunun əhəmiyyəti yoxdusa, bakılılar mükafat ümidini itirməmək üçün mütləq 3 xal əldə etməlidi.
Sabah keçiriləcək oyunlar tək gümüş deyil, həm də bürüncün sahibini müəyyənləşdirə bilər. Bunun üçün “Sumqayıt” “Qəbələ”yə qalib gəlməli, “Neftçi” uduzmalı, “Zirə” xal itirməlidi. Belə nəticələrlə “qırmızı-qaralar” 2-ci, “Gənclik şəhəri” təmsilçisi 3-cü yeri təmin edəcək.
Topaz Premyer Liqası
XXVII tur
12 may (şənbə)
17:00. “Keşlə” – “Qarabağ”
Mövsümün əvvəlki oyunları: 0:1, 0:2, 1:1
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
“İnter Arena”
19:00. “Sumqayıt” – “Qəbələ”
Mövsümün əvvəlki oyunları: 0:1, 0:1, 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
“Kapital Bank Arena”
19:00. “Neftçi” – “Səbail”
Mövsümün əvvəlki oyunları: 0:1, 4:0, 2:0
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
“Dalğa Arena”
19:00. “Zirə” – “Kəpəz”
Mövsümün əvvəlki oyunları: 3:0, 3:0, 0:0
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
1. |
Qarabağ |
26 |
19 |
5 |
2 |
36-10 |
62 |
2. |
Qəbələ |
26 |
13 |
7 |
6 |
41-25 |
46 |
3. |
Sumqayıt |
26 |
11 |
7 |
8 |
33-29 |
40 |
4. |
Neftçi |
26 |
12 |
4 |
10 |
34-26 |
40 |
5. |
Zirə |
26 |
10 |
8 |
8 |
32-28 |
38 |
6 |
Keşlə |
26 |
6 |
7 |
13 |
25-39 |
25 |
7. |
Səbail |
26 |
6 |
5 |
15 |
18-35 |
23 |
8. |
Kəpəz |
26 |
3 |
5 |
18 |
16-43 |
14 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12 qol.