[b]Mərakeş üçün İspaniya millisindən vaz keçdi – CAS-a müraciət etdi[/b]
10.04.2018 - 21:23
[b]Mərakeş üçün İspaniya millisindən vaz keçdi – CAS-a müraciət etdi[/b]

Munir El Haddadi İdman Arbitraj Məhkəməsinə müraciət edib. Apasport.az saytının məlumatına görə, müqavilə ilə “Barselona”ya məxsus olan, amma “Alaves”də çıxış edən hücumçu İspaniya millisindən imtina etmək istəyir.

 

O, DÇ-2018-də Mərakeş yığmasında çıxış etmək fikrindədi. Bununla bağlı FİFA-ya müraciət edən forvardın istəyi qəbul edilməmişdi. CAS-a müraciət edən Haddadi fikrindən daşınmaq istəmir.

 

Qeyd edək ki, 2014-cü ilin sentyabr ayında İspaniya millisi ilə ilk və yeganə rəsmi matçına çıxan Haddadi ondan sonra “buğalar”ın heyətində görünməyib. FİFA-nın mövcud qaydalarına görə isə o, yalnız 10 il sonra milli komandasını dəyişə bilər.