Azərbaycan Premyer Liqasında XIX turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iki günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
"Qarabağ"la "Zirə" arasında baş tutacaq mərkəzi oyunu Elvin Əsgərov idarə edəcək. Bölgədə keçiriləcək "Kəpəz" - "Qəbələ" qarşılaşmasında isə Rəvan Həmzəzadə ədalət təmsilçisi olacaq.
Azərbaycan Premyer Liqası
XIX tur
9 mart (cümə)
15:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu
10 mart (şənbə)
17:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”
19:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
“Azərsun Arena”
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq