[b]Məşhur baş məşqçi avtomobil yarışında[/b]
30.11.2017 - 23:13
[b]Məşhur baş məşqçi avtomobil yarışında[/b]

Məşhur futbol məşqçisi Andre Villaş-Boaş gücünü futboldan başqa sahədə də sınamaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis dünyanın ən sanballı avto yarışlarından olan Dakar rallisində yarışacaq.

 

Bu barədə məlumatı turnirin rəsmi saytı yayıb. Xəbərdə 40 yaşlı baş məşqçinin gələn il baş tutacaq yarışda iştirak edəcəyi vurğulanıb.

 

Portuqaliyalı mütəxəssis 6-20 yanvar tarixi ərzində keçiriləcək rallidə avtomobillə ötüşəcək.

 

Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Portu”, “Tottenhem”, “Zenit” kimi klubları çalışdırmış Villaş-Boaşın son iş yeri Çinin “Şanxay SİPG” klubu olub.