[b]Məşhur fransalı “Qarabağ”ın rəqibini təriflədi[/b]
25.09.2014 - 11:46
[b]Məşhur fransalı “Qarabağ”ın rəqibini təriflədi[/b]

“Sent-Etyen”in gücü hər kəsə bəllidi. Bu komanda həm Liqa-1-də, həm də Avroliqada yaxşı oyunlar keçirib”. Apasport.az xəbər verir ki, bu sözləri məşhur fransalı müdafiəçi, hazırda “Bordo”nun baş məşqçisi olan Villi Sanyol deyib.

 

Bu gecə ölkə çempionatının VII turunda üz-üzə gələcəkləri “Sent-Etyen” haqqında danışan Sanyol Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan komandanı tərifləyib: “Bilirəm ki, “Sent-Etyen” Avroliqanın pley-off mərhələsində əzmkar qələbə qazandı. Fransa çempionatına da pis başlamayıblar. Liderlər qrupunda yer alırlar. Avropa Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə 1 xal qazanıblar. Bu, onlar üçün yaxşı nəticədi. İndi bu komanda bütün oyunlara ruh yüksəkliyi ilə çıxır. Bizim üçün də çətin olacaq. Müdafiədə çox inamlı oynayırlar. Əks-hücumlarda isə çox dəqiq oynayıb, qol vururlar. İnanıram ki, biz bu çətinliyin öhdəsindən gələcəyik. Həmçinin, “Sent-Etyen” doğma meydanında daha üstün oyun nümayiş etdirir”.

 

Qeyd edək ki, “Sent-Etyen” və “Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk oyununda üz-üzə gəliblər. Sentyabrın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan bu qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.