İngiltərəli hakim Mark Klattenburq maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanında qərarı ilə hamını şoka salıb.
Belə ki, “Əl Feyha” – “Əl Fateh” qarşılaşmasını idarə edən Klattenburq matçın gedişində oyunu dayandırıb. Buna səbəb məsciddən azan səsinin gəlməsi olub. Nəticədə İngiltərə Premyer Liqasının sabiq referisi matçı iki dəqiqədən çox saxlayıb. Bu zaman bəzi futbolçular namaz qılmaq üçün dərhal meydanı tərk etdikləri halda, qalanları fürsətdən yararlanaraq istirahət ediblər.
Klattenburq bu jestinə görə tribunadakılar tərəfindən alqışlanıb. Bundan əlavə, onun bu hərəkəti Səudiyyə Ərəbistanında müsbət qarşılanıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı