[b]Məşhur şərhçi: Şenol Günəş azərbaycanlılar kimi danışır[/b]
17.11.2015 - 09:31
[b]Məşhur şərhçi: Şenol Günəş azərbaycanlılar kimi danışır[/b]

Türkiyənin tanınmış futbol şərhçisi Ahmet Çakar “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşi tənqid edib. Apasport.az saytının məlumatına görə, Çakar təcrübəli mütəxəssisi azərbaycanlılara bənzədib.

 

Daim qeyri-adi açıqlamaları ilə diqqət çəkən keçmiş hakim Günəşin danışığından narahatdı: “Türkiyədə danışığını başa düşmədiyim yeganə insan Şenol Günəşdi. Azərilər kimi danışır. Onu başa düşmək üçün tərcümə etmək lazımdı”.

 

Qeyd edək ki, Ahmet Çakar Türkiyədə ağır tənqidləri, hətta bəzən təhqirləri ilə daim futbol ictimaiyyətini qəzəbləndirməklə diqqət çəkir.