[b]Messi 1-ci, Ronaldo 6-cı oldu[/b]
25.12.2015 - 13:47
[b]Messi 1-ci, Ronaldo 6-cı oldu[/b]

“Barselona”nın hücumçusu Lionel Messi daha bir səsvermənin qalibi olub. Apasport.az saytının “Marca” qəzetinə istinadən məlumatına görə, argentinalı məhz bu nəşrin səsverməsində hamını üstələyib.

 

“Marca” oxucularına 50 futbolçunun adını namizəd kimi göstərib. Nəticədə 8 faizlik səs toplayan Messi əlçatmaz olub və 2015-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilib. Kataloniya klubunun digər hücumçuları Neymar və Luis Suares hərəyə 7%-lə ilk “üçlük”də qərarlaşıblar.

 

Azarkeşlərin 5%-i Andres İnyesta və Robert Levandovskini, 4%-i isə Kriştianu Ronaldo, Klaudio Bravo və Serxio Busketsi bu ada layiq görüb.