“Barselona”nın hücumçusu Lionel Messinin taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalının klubu ilə yeni müqavilə imzalayacağı dəqiqləşib.
Belə ki, Leo gələn ay kataloniyalılarla yeni sazişə qol çəkəcək. Anlaşmaya əsasən, 30 yaşlı oyunçu yeni 5 illik müqavilə imzalayacaq. Bununla da o, 2023-cü ilə qədər “Barsa”ya məxsus olacaq. İllik maaşı 35 milyon avro təşkil edəcək futbolçu mükafatlarla birlikdə 40 milyon qazanacaq.
Qeyd edək ki, 2004-cü ildən peşəkar futbolçu kimi “Barselona”nın formasını geyinən Lionel Messinin hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb