[b]Messidən Neymara vida mesajı[/b]
02.08.2017 - 18:04
[b]Messidən Neymara vida mesajı[/b]

“Barselona”nın superulduzu Lionel Messi PSJ-yə keçmək üzrə olan Neymarla bağlı paylaşım edib. Apasport.az saytı xəbər verir ki, argentinalı futbolçu “İnstaqram”da “sambaçı”ya uğur arzulayıb.  

 

O, 2013-2017-ci illər ərzində Kataloniya klubunun formasını geyinən Neymarla birlikdə çıxış etməkdən məmnun olduğunu bildirib: “Dostum, bu illərdə uğurları səninlə bölmək çox xoş idi. Karyeranın yeni mərhələsində sənə uğurlar arzulayıram. Görüşərik”.

 

Qeyd edək ki, Neymar “Barselona”da ümumilikdə 186 oyunda 105 qola imza atıb.