[b]Milli komandamız Belarusla oynayacaq[/b]
25.12.2015 - 19:34
[b]Milli komandamız Belarusla oynayacaq[/b]

Futzal üzrə Azərbaycan millisinin fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faustino Peres yığmamızın ilk təlim-məşq toplanışını yanvarın 10-dan 18-dək Bakıda təşkil edəcək.

 

Yanvarın 21-dən 29-dək baş tutacaq ikinci hazırlıq prosesinin də Bakıda keçirilməsi nəzərdə tutulub.

 

Hazırlıq prosesi zamanı yığmamız iki yoxlama görüşü keçirəcək. Bakıya gələcək Belarus yığması yanvarın 22-də və 24-də millimiz ilə oyunda qüvvəsini sınayacaq.