[b]Milli üzvü 90 dəqiqə oynadı, komandası 1 xal qazandı[/b]
03.04.2016 - 16:01
[b]Milli üzvü 90 dəqiqə oynadı, komandası 1 xal qazandı[/b]

Almaniya Qərb Regional Liqasında 32-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.


Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda Köln "Viktoriya"sı ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb - 1:1.

 

Milli üzvü bu qarşılaşmada start heyətində meydana çıxıb və oyunu əvəzolunmadan keçirib.


Qeyd edək ki, Tuğrulun komandası hazırda 44 xalla 19 klub arasında 5-ci pillədə qərarlaşıb.

0