[b]Milli üzvü darmadağına üzüldü[/b]
04.12.2017 - 00:43
Almaniya II Bundesliqasında XVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Erzgebirge” də növbəti matçını keçirib.
Aue təmsilçisi səfərdə “Drezden”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə yekunlaşıb.
Matça start heyətində başlayan Nazarov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 16 oyundan sonra aktivində 19 xal olan “Erzgebirge” turnir cədvəlinin 14 pilləsində qərarlaşıb.
0
0