[b]Milli üzvü oynadı, komandası bərabərliyə razılaşdı[/b]
03.08.2017 - 00:29
[b]Milli üzvü oynadı, komandası bərabərliyə razılaşdı[/b]

Bir çox klublar yeni mövsüm üçün hazırlıqları davam etdirirlər. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Eddi İsrafilovun çıxış etdiyi “Kadiz” də hazırlıq çərçivəsində növbəti sınaq matçını keçirib.

 

“Sarılar” “Melilla” ilə qarşılaşıblar. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Görüşə start heyətində başlayan Eddi ikinci hissədə əvəz olunub.