[b]Millimizdə daha bir təyinat[/b]
13.12.2017 - 11:14
Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanovun köməkçilərindən birinin adına rəsmən aydınlıq gəlib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi vəzifəsi Dmitri Kramarenkoya həvalə olunub.
Millinin keçmiş qolkiperinin işi yalnız əsas milli ilə bağlı olmayacaq. Belə ki, o, bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərinin koordinatoru vəzifəsini də icra edəcək.
Qeyd edək ki, məşqçi kimi “Qəbələ” və “Neftçi”də çalışmış Dmitri Kramarenko son olaraq Moskva MOİK-nin akademiyasında fəaliyyət göstərirdi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0