Fransanın “Nitsa” klubunun qapıçısı Muez Assen futbol vətəndaşlığını dəyişməyə qərar verib. Apasport.az saytının məlumatına görə, icarə əsasında “Şatoru”da çıxış edən 22 yaşlı qolkiper bunadək aşağı yaş yığmalarında forma geyindiyi Fransa millisindən imtinaya üstünlük verib.
Assen karyerasını Tunis yığmasında davam etdirməyi lazım bilib. Buna əsas səbəb Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsidi.
Mundialda oynamaq istəyən fransalı eyni addımı atan həmyaşıdı Eye Skirinin yolu ilə gedib. “Monpelye”nin yetirməsi olan sonuncu da Tunis millisinə üz tutmuşdu.
Qeyd edək ki, Tunis millisi mundialda İngiltərə, Belçika və Panama ilə eyni qrupda mübarizə aparacaq.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol