21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixinin yeni rekorduna imza ata bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Samir Ələkbərovun yetirmələri AVRO-2019-un noyabrda keçiriləcək hər iki matçında qol vurmalıdı.
Noyabrın 9-da Almaniya, 14-də Kosovonu qəbul edəcək millimizin rəqib qapısına yol tapmaq ehtimalı da yüksək qiymətləndirilir. Çünki tsiklin bütün görüşlərində uduzan komandamız hər dəfə qol vurmağı da bacarıb. Güclü Almaniyaya səfərdə qol vuran yığma iki gündən sonra eyni uğuru Bakıda da gerçəkləşdirmək iqtidarındadı.
İsrail və İrlandiyaya eyni – 1:3, Almaniyaya 1:6 hesabı ilə uduzan milli Bundestimə yenə qol vursa, ardıcıl 4-cü dəfə fərqlənmiş olacaq. Bu da komandanın tarixində rekordun təkrarıdı. Belə ki, 1994-cü ildə qitə səhnəsinə çıxan yığmanın ardıcıl qol vurduğu oyunların sayında ən yüksək hədd məhz 4-dü. Bu rekord AVRO-2017-nin seçmə mərhələsində qeydə alınıb.
Almaniya ilə birigün keçiriləcək matçda bu rekordu təkrarlamaq imkanına malik milli noyabrın 14-də yeni nailiyyətə imza ata bilər. Həmin görüşdə də vurulacaq qol bu seriyanı 5-ə çatdıracaq. Bir sözlə, yığmamız hər iki oyunda uduzsa da, rekord gerçəkləşdirmək imkanı var.
Qeyd edək ki, U-21 yığmamız son 8 seçmə oyununda yalnız birində qola həsrət qalıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”