Avqustun 6-da milli komandaların FİFA reytinqi açıqlanacaq. Apasport.az saytının məlumatına görə, dünyanın 209 yığmasının yer alacağı siyahının təxmini cədvəli müəyyənləşib.
Bu siyahısında müəyyən dəyişikliklər baş verib. Buna səbəb iyulun 9-da açıqlanan cədvəldən sonrakı müddətdə millilərin iştirakı ilə az sayda oyunun yeni cədvəldə əksini tapmasıdı.
Hesabat dövründə meydana çıxmayan Azərbaycan millisi irəliləyişə nail olub. Xal hesabı 302-də qalan Robert Prosineçkinin yetirmələri mövqeyini 2 pillə yaxşılaşdırıb. Hazırda komandamız dünyanın 106-cısıdı.
Millimiz Salvador, Benin, Qvatemala, Kuba yığmalarını arxada qoyub. Syerra-Leone və Malavi isə daha böyük sıçrayışla millimizi də keçib.
Millimiz və “qonşuları”
101 (103). Kanada - 323
102 (96). Niger - 312
103 (105). Makedoniya - 311
104 (111). Syerra-Leone - 304
105 (107). Antiqua və Barbuda – 303
106 (108). AZƏRBAYCAN – 302
107 (110). Litva - 301
108 (105). Qvatemala – 299
108 (112). Zimbabve - 299
110 (88). Salvador – 289
111 (114). Namibiya - 284
Təxmini siyahıya nəzər salsaq, “onluq”da da dəyişikliklər var. Almaniya 2-ci pilləni də əldən verərək, Belçikadan geri düşüb. Hollandiyanın “onluğ”u tərk etməsi ilə Çili bura daxil olub. Eyni zamanda 6 komanda bundan yararlanaraq, hərəyə 1 pillə irəliləyib.
İlk “onluq”
1 (1). Argentina – 1425
2 (3). Belçika – 1244
3 (2). Almaniya – 1226
4 (4). Kolumbiya – 1218
5 (6). Braziliya – 1186
6 (7). Portuqaliya – 1177
7 (8). Rumıniya - 1166
8 (9). İngiltərə - 1157
9 (10). Uels - 1155
10 (11). Çili – 1124
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən üçünün mövqeyi təxmini siyahıda dəyişib. Xorvatiya cədvəldə 1, İtaliya 2 pillə irəliləyibsə, Malta 1 addım geri düşüb.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu
13 (14). Xorvatiya – 1023
15 (17). İtaliya – 1001
67 (67). Norveç - 495
68 (68). Bolqarıstan - 489
159 (158). Malta – 157
Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 627 xalla 3 pillə irəliləyib. “Ay-ulduzlular” burada 45-ci yerə yüksəlib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ