[b]Millimiz 3-cü səbətdə[/b]
29.09.2015 - 07:33
[b]Millimiz 3-cü səbətdə[/b]

Futzal üzrə AVRO-2016-nın final mərhələsinin püşkatması öncəsi komandalar səbətlərə bölünüb. Apasport.az saytının məlumatına görə, gələn il fevralın 2-13-də Serbiyada təşkil olunacaq qitə birinciliyinin 12 iştirakçısı püşk zamanı 3 səbətdə yer alacaq.

 

Pley-offda Slovakiyanı məğlub edən (3:1, 1:1) Azərbaycan milli komandası sonuncu – 3-cü səbətdə qərarlaşıb. Komandamız burada Sloveniya, Macarıstan və Qazaxıstanla birgə yer alıb.

 

Bu isə o deməkdi ki, Faustino Peresin yetirmələrinin qrupdakı rəqibləri ilk 2 səbətdən çıxacaq. Ümumilikdə isə oktyabrın 2-də baş tutacaq tədbirdə 12 komanda püşkə əsasən 4 qrupa bölünəcək.

 

Qaydalara görə meydan sahibi olan Serbiya A qrupunda çıxış edəcək.

 

1-ci səbət: Serbiya, İtaliya, İspaniya, Rusiya

2-ci səbət: Portuqaliya, Ukrayna, Xorvatiya, Çexiya

3-cü səbət: Sloveniya, Azərbaycan, Macarıstan, Qazaxıstan

 

Qeyd edək ki, Belqradda baş tutacaq püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.