[b]Millimiz Antalyada Çin klubu ilə qarşılaşa bilər[/b]
06.02.2015 - 12:35
[b]Millimiz Antalyada Çin klubu ilə qarşılaşa bilər[/b]

Fevralın sonlarında Antalyada bir həftəlik təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət milli komandamızın yoxlama görüşlərinin vaxtı bəlli olub. Apasport.az saytının məlumatına görə, U-21 yığmamız fevralın 23-də və 26-da qüvvəsini sınayacaq.

 

Hazırda bir neçə klubla danışıq aparılır və hətta rəqiblərdən biri böyük ölçüdə məlumdu. Belə ki, baş məşqçi Yaşar Vahabzadə çox güman fevralın 26-da Çin klublarından biri ilə görüşdə yetirmələrini sınayacaq. Çünki çinlilərlə danışıq artıq müsbət yekunlaşmaq üzrədi. Digər rəqibin kimliyinə də gələn həftənin əvvəllərində aydınlıq gəlməlidi.

 

Qeyd edək ki, U-21 millimizin Antalya toplanışı fevralın 20-dən 26-dək baş tutacaq.