Sabah 21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsinin VII qrupunda növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Rusiya ilə görüşəcək.
Bu, yığmamızın seçmə mərhələdə 7-ci oyunu olacaq. İlk matçında Farer adaları səfərindən 3 xalla ayrılan komandamız üzləşdiyi 5 oyunluq məğlubiyyət seriyasına son qoymağa çalışacaq.
Turnir cədvəlində yalnız ada təmsilçisini qabaqlayan Yaşar Vahabzadənin yetirmələri qalib gələrək, 1 pillə irəliləmək imkanına malikdi. Çünki şimal qonşularımız da uğursuz start götürdüyü tsikldə cəmi 3 xal toplayıb.
Vahabzadənin komandası ilk ev xalına və qoluna bu matçda nail olmaq istəyir. Belə ki, komandamız Avstriya (0:2), Almaniya (0:3) və Finlandiya (0:1) ilə Bakıdakı görüşlərdə quru hesablı məğlubiyyət alıb.
Dmitri Xomuxanın baş məşqçisi olduğu Rusiya yığması üçün də Bakıdakı görüş vacibdi. Cari seçmə mərhələdə səfərdə xala həsrət qalan şimallılar Finlandiya (0:2) və Avstriyadakı (3:4) kimi ölkəmizdən də xal itkisi ilə üzləşsə, liderlərdən uzaq düşəcək. Bu isə komandanın final mərhələsi şanslarına mənfi təsir edəcək.
Bayıl stadionunda keçiriləcək qarşılaşma iki azərbaycanlı futbolçunun millimizə qarşı oynaması ilə də əlamətdar olacaq. Rusiya yığmasının formasını geyinən Ramil Şeydayev və Ayaz Quliyev də Xomuxanın Bakıya gətirdiyi heyətdə yer alıblar.
Qeyd edək ki, qrupumuzda keçiriləcək digər oyunda liderlər - Almaniya və Avstriya milliləri üz-üzə gələcək.
21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə mərhələsi
VII qrup
17 noyabr
17:00. Azərbaycan – Rusiya
Baş hakim: Eytan Şmuelevits
Baş hakimin köməkçiləri: Nissan Davidi, Roy Hassan
Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)
UEFA nümayəndəsi: Sergey Lisnik (Moldova)
Hakim-inspektor: Rusmir Mrkoviç (Bosniya və Herseqovina)
Bakı. Bayıl stadionu
|
1 |
Almaniya |
4 |
4 |
0 |
0 |
16-1 |
12 |
|
2 |
Avstriya |
4 |
4 |
0 |
0 |
15-3 |
12 |
|
3 |
Finlandiya |
5 |
3 |
0 |
2 |
6-6 |
9 |
|
4 |
Rusiya |
3 |
1 |
0 |
2 |
5-6 |
3 |
|
5 |
Azərbaycan |
6 |
1 |
0 |
5 |
2-16 |
3 |
|
6 |
Farer adaları |
4 |
0 |
0 |
4 |
0-12 |
0 |
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI