[b]Millimiz Rusiyada 3-cü oldu[/b]
02.05.2018 - 22:58
[b]Millimiz Rusiyada 3-cü oldu[/b]

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, çempionatda yunan-Roma güləşi yarışları başa çatıb.

 

Yığma komandamız turniri 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. 

Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) gümüş medalla kifayətlənib.

 

Bürünc medalları isə Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) əldə edib. 

Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa üçüncüsü olub. Rusiya 169 xalla birinci, Gürcüstan 127 xalla ikinci olub. 

 

0