[b]Millimiz Türkiyədə Rusiya ilə qarşılaşacaq[/b]
07.02.2014 - 10:08
17 yaşadək qızlardan ibarət millimizin Türkiyədə yoxlama oyunu keçirəcək rəqiblərindən biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamız Rusiyanın müvafiq milli komandası ilə yoldaşlıq oyunu keçirəcək. Bu oyun fevralın 12-də baş tutacaq.
Qeyd edək ki, 17 yaşadək qız millimiz fevralın 8-dən 16-dək Türkiyədə hazırlıq keçəcək. Həmin müddətdə bir neçə yoldaşlıq matçlarının keçirilməsi nəzərdə tutulub.
0
0