[b]Millimiz Türkiyəyə gedəcək[/b]
01.12.2017 - 17:32
[b]Millimiz Türkiyəyə gedəcək[/b]

17 və 19 yaşadək qızlar arasında Avropa çempionatının 2018/19 mövsümünün seçmə mərhələsinin qrup oyunlarının keçiriləcəyi ölkələr müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki yaş qrupu üzrə Azərbaycan yığmasının mübarizə aparacağı məkan da bəlli olub

 

17 yaşadək futbolçularımız Moldovada mübarizə aparacaq. V qrupda meydan sahibi və yığmamızla yanaşı, İngiltərə və İslandiya da qüvvəsini sınayacaq. Bu qrupun görüşləri 2018-ci il sentyabrın 19-25-də baş tutacaq.

 

U-19 yığmamızın yer aldığı II qrupun komandaları Türkiyədə bir araya gələcək. Gələn il oktyabrın 3-9-da Türkiyə, İsveçrə, Kipr və Azərbaycan milliləri final mərhələsinə vəsiqə üçün mübarizə aparacaq.