[b]Azərbaycan yığması mundiala darmadağınla başladı [/b]
13.09.2016 - 06:00
[b]Azərbaycan yığması mundiala darmadağınla başladı [/b]

Kolumbiyada futzal üzrə dünya çempionatına start verilib. Apasport.az saytı xəbər verir ki, tarixində ilk dəfə mundiala vəsiqə qazanan Azərbaycan millisi dünən gecə tarixi matçına çıxıb.

 

İspaniya, İran və Mərakeşlə birgə F qrupunda yer alan komandamız start matçında Afrika çempionu ilə qarşılaşıb. Baş məşqçi Miltinyonun çalışdırdığı komandamız ilk oyununda Mərakeşi 5:0 hesabı ilə darmadağın edərək, tarixi uğura imza atıb. Oliveira Villiams De Naskimentonun het-trik etdiyi oyunda hərəyə 1 dəfə Everton Cardoso və Thiago Bolinha fərqlənib

 

Bu nəticə millimizin qrupdan çıxmaq şansını xeyli yaxşılaşdırıb. Çünki ilk 2 pillənin sahibi ilə yanaşı, 4 ən yaxşı 3-cü də növbəti mərhələdə oynayacaq.

 

 

 

 

Dünya çempionatı

Qrup mərhələsi,  I tur

F qrupu

 

13 sentyabr

Mərakeş – Azərbaycan - 0:5

Hakimlər: Jose Katemo (Anqola),  Eduardo Fernandes (Portuqaliya), Kamil Çetin (Türkiyə).

0