19 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz Qazaxıstanın Şimkənd şəhərində keçiriləcək UEFA-nın inkişaf turnirində qüvvəsini sınayacaq.
Yığmamız Estoniya, həmçinin Qazaxıstanın iki komandası ilə mübarizə aparacaq. İyunun 16-da meydan sahiblərinin 1-ci komandası ilə görüşəcək futbolçularımız ertəsi gün estoniyalılarla qarşılaşacaq. İyunun 19-dakı son turda isə millimiz Qazaxıstan-2 komandasını sınağa çəkəcək.
Yığmamız turnirə 20 oyunçu ilə yollanacaq: Günay İsmayılova, Aytac Şərifova, Lusiya Sançez, Alina Mixaelis, Diana Məmmədova, Güləmbər Qasımova, Süheyla İltər, Vüsalə Hacıyeva, Jalə Məmmədova, Natalya Rodelqo, Firəngiz Teymurova, Aysun Əliyeva, Manə Mollayeva, Malena Ortiz, Samara Ortiz, Yaiza Relea, Roza Quliyev, Nigar Cəlilli, Kristina Bakarandze, Süsən Mənsimova.