[b]Millimiz Ukraynaya qalib gəldi[/b]
06.03.2018 - 18:41
[b]Millimiz Ukraynaya qalib gəldi[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit-raunduna hazırlaşan yığmamız Ukrayna komandası ilə görüşüb.

 

Ölkəmizdə təlim-məşq toplanışında olan qonaqlarla qarşılaşma “Dalğa Arena”da baş tutub. Matçın taleyini 1 qol həll edib. Qələbə qoluna imza atan millimiz meydanı qalib kimi tərk edib. Yeganə qolu Birgul Çelik vurub.

 

Qeyd edək ki, Azərbaycan və Ukrayna milliləri arasında ikinci oyun martın 8-də Bakı Olimpiya stadionunun ehtiyat meydanında keçiriləcək.