[b]Millimiz yenidən “Vindzor Park”da[/b]
24.12.2015 - 12:35
[b]Millimiz yenidən “Vindzor Park”da[/b]

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfərdə keçirəcəyi oyunun stadionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya – Azərbaycan qarşılaşması “Vindzor Park” stadionunda keçiriləcək.

 

Matç gələn il noyabrın 11-də Belfast şəhərində baş tutacaq.

 

1905-ci ildə inşa olunan bu arena 24734 tamaşaçı tutumuna malikdi. Meydanının ölçüləri 100 m x 68 m olan stadionda “Linfild” klubu və Şimali İrlandiya yığması ev oyunlarını keçirir.

 

Azərbaycan millisi 3 il əvvəl, DÇ-2014-ün seçmə mərhələsinin görüşünü də bu arenada keçirilib. 2012-ci ilin noyabrındakı görüşdə qalib müəyyənləşməmişdi – 1:1.