[b]Millimizdən 5 cavabsız qol [/b]
12.10.2015 - 10:56
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Sloveniyada təlim-məşq toplanışı çərçivəsində yerli “Selye” klubunun U-19 komandası ilə qarşılaşıb.
Komandamız bu görüşdə böyük hesablı qələbə qazanıb – 5:0. Bu oyunda qolları Emil Həsənzadə, Qara Qarayev, Fərid Kərimzadə, Rəsul Babazadə və Xəyal Nəcəfov vurub.
Mənbə: affa.az
0
0