[b]Millimizlə görüşə çağırılan hücumçu: Uşaqlıq arzum həyata keçdi[/b]
04.10.2016 - 09:50
[b]Millimizlə görüşə çağırılan hücumçu: Uşaqlıq arzum həyata keçdi[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də millimizlə qarşılaşacaq Çexiya yığmasının heyətinə yeni futbolçular cəlb edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karel Yarolim daha 3 oyunçuya dəvət göndərib.

 

Bunlar “Slaviya”nın hücumçuları Milan Şkoda və Yaromir Zmrhal, həmçinin “Tom”un dayaq yarımmüdafiəçisi Lukaş Droppadı.

 

Çexiya Futbol Federasiyasının meneceri Yaromir Şeterle yerli mətbuata açıqlamasında Zmrhal və Droppanın millinin düşərgəsinə bu gün qoşulacağını bildirib.  

 

İlk dəfə Çexiyanın əsas yığmasına çağırılan Zmrhal uşaqlıq arzusunun həyata keçdiyini deyib: “Mənə dəvət göndərdiyinə görə baş məşqçiyə təşəkkür edirəm. Hər şey “Slaviya”dan başladı. Burda özümü göstərib yığmaya cəlb edildim. Uşaqlıq arzum həyata keçdi. Mənə güvənənləri utandırmayacam”.

 

 

0