[b]Millimizin baş məşqçisi Almaniyaya dəvət olundu[/b]
30.11.2017 - 11:47
[b]Millimizin baş məşqçisi Almaniyaya dəvət olundu[/b]

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd və məşqçisi Etibar İbrahimov Almaniyaya yollanıblar. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, adıçəkilən mütəxəssislər konqresdə iştirak edirlər.

 

Belə ki, Almaniya Futbol İttifaqının (DFB) təşkilatçılığı ilə dünən Frankfurt şəhərində “İnternationalen Spielanalysekongress der DFB-Akademie” konqresi (AFİ Akademiyasının Beynəlxalq Oyun Analizi Konqresi) start götürüb. Vüqar Məmməd və Etibar İbrahimov da DFB-nin dəvətinə əsasən Almaniyaya yollanıblar.

 

Konqres bu gün başa çatacaq.

0