Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin karyerasını davan etdirəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Ukraynanın “Metallurq” (Zaporojye) klubu ilə yeni müqavilə imzalayıb.
2015-ci ilin əvvəlindən yığmamıza cəlb olunan Paşayevin Ukrayna çempionatında çıxış edəcək Zaporojye təmsilçisinin iştirak ərizəsinə də daxil edilib.
Ötən mövsüm də “Metallurq”da çıxış edən Pavel komandasının aparıcı üzvlərindən olmaqla yanaşı, meydanda olduğu dəqiqə sayına (2208 dəqiqə, 25 oyun) klubun rekordçusu olub. Əvvəlki müqaviləsi mayın 31-də başa çatan müdafiəçi digər komandaların da maraq dairəsində olsa da, bir neçə ay klubsuz qaldıqdan sonra
yenidən “Metallurq”da oynamağa üstünlük verib.
Qeyd edək ki, Paşayev karyerası ərzində “Dnepr”, “Krivbass” və “Karpatı” klublarında da çıxış edib.
- İtalianodan Türkiyə etirafı: “Özümü 90-cı illərin İtaliyasında hiss edirəm”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Eriksen Almaniya klubundan ayrıldı - RƏSMİ
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol