[b]Millimizin üzvünün ürəyində problem yaranıb[/b]
25.01.2018 - 11:17
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov səhhəti ilə bağlı problemlə üzləşib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı yarımmüdafiəçinin klubu “Ximnastik” rəsmi saytı vasitəsilə yayıb.
5 futbolçunun zədədən əziyyət çəkdiyi və onlardan birinin İsrafilov olduğu vurğulanıb. 26 yaşlı orta sahə oyunçusunun çiynindəki zədə artıq sağalıb, hazırda bərpa prosesi gedir.
Ancaq bununla yanaşı, İsrafilovun ürək-damar sistemində də müalicə aparılır. Onun kollektivlə birlikdə məşqlərə nə zaman qoşulacağı ilə bağlı məlumat verilməyib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0