Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan yığmasının hazırlıq planı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, turnirə Bakıda hazırlaşan 17 yaşadək futbolçulardan ibarət yığmamızın toplanış müddəti artırılıb.
Belə ki, dekabrın 18-dən etibarən bir araya gələn millimiz bu gün başa çatmalı olan toplanışı dekabrın 30-dək davam etdirəcək. Bu addım Təbriz Həsənovun yetirmələrinin yarışa daha yaxşı hazırlaşması məqsədilə atılıb.
Qeyd edək ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyaya qarşı keçirəcək.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”