[b]Millimizin keçmiş rəqibi mundial iştirakçısına qalib gəldi[/b]
08.11.2017 - 21:03
[b]Millimizin keçmiş rəqibi mundial iştirakçısına qalib gəldi[/b]

FİFA-nın milli komandalar üçün təyin etdiyi “pəncərə”dən istifadə edən bəzi komandalar yoldaşlıq oyunlarında qüvvələrini sınayırlar. Apasport.az saytının məlumatına görə, belə oyunlardan biri də Qətərin paytaxtı Dohada baş tutub.

 

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparmış və qrupda qalan Çexiya yığması mundiala vəsiqəni təmin etmiş İslandiya ilə oynayıb.

 

Görüş çexlərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Karel Yarolimin komandasına qələbə qazandıran qolları Suçek və Sikora vurub. İslandların heyətində isə Finboqasson fərqlənib.