[b]Millimizin məşqçiləri “qardaşlar”dan başqa, hamını izləyəcək[/b]
05.04.2014 - 12:50
[b]Millimizin məşqçiləri “qardaşlar”dan başqa, hamını izləyəcək[/b]

Milli komandamızın baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXIX turu çərçivəsində keçiriləcək 2 oyunu izləyəcək. Apasport.az saytının məlumatına görə, həftəortası Amerika qitəsində ABŞ – Meksika (2:2) görüşünü izləyən almaniyalı çalışdırıcı bu gün və sabah Bakıdakı matçlarda olacaq.

O, bu gün Şüvəlanda keçiriləcək AZAL – “Qarabağ” və sabah “8-ci km” qəsəbəsində baş tutacaq “Neftçi” - “Bakı” oyunlarına stadiondan baxacaq. Bundan başqa, onun yerli köməkçiləri də iş başında olacaq. Belə ki, Aslan Kərimov və Mahmud Qurbanov bu günün digər 2 matçına gedəcək. Kərimov “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşmasını, Mahmud Qurbanov isə “Rəvan” – “Sumqayıt” matçını izləyəcək.

Qeyd edək ki, turun yalnız Zaqatalada keçiriləcək “Simurq” – “İnter” matçı diqqətdən kənar qalacaq.