[b]Millimizin oyununda rəsmi şəxslər[/b]
11.05.2016 - 17:26
[b]Millimizin oyununda rəsmi şəxslər[/b]

17 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının qrup mərhələsi çərçivəsində yığmamız hazırda Şotlandiya ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilən görüşü rəsmi şəxslər də izləyirlər.

 

Belə ki, oyuna stadionda baxanların sırasında AFFA prezidenti Rövnəq Abdullayev və idman naziri Azad Rəhimov da var. Bundan əlavə, Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva da matçı canlı izləyir.

 

Qeyd edək ki, millimiz qrupdakı ilk oyunlarında Portuqaliyaya uduzub (0:5), Belçika ilə heç-heçə (1:1) oynayıb. 

0