İyunun 7-də millimizlə yoxlama görüşü keçirəcək Serbiya yığması hazırlığa start verib. Apasport.az saytının Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, Radovan Çurçiç yetirmələrini bu gün bir araya gətirib.
Hazırlığa Belqradda başlayan serblər cümə günü Avstriyaya yollanacaqlar. Serbiya millisi hazırlığa tam heyətlə başlaya bilməyib. Belə ki, komandanın aparıcı oyunçuları, “Çelsi”də çıxış edən Branislav İvanoviç və Nemanya Matiç millinin heyətinə Avstriyada qoşulacaqlar.
Qeyd edək ki, serblər yığmamızla qarşılaşmadan 6 gün sonra, yəni iyunun 13-də AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Kopenhagendə Danimarkanın qonağı olacaqlar.