[b]Millimizin rəqibi üçün 20 futbolçu[/b]
07.11.2015 - 10:33
[b]Millimizin rəqibi üçün 20 futbolçu[/b]

21 yaşadək futbolçulardan ibarət Almaniya yığmasın heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Horst Hrubeş AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bundestimə 20 futbolçu çağırılıb.

 

Bu oyunçular noyabrın 13-də Azərbaycan, 4 gün sonra Avstriya ilə matçlarda meydana çıxmaq şansı qazanıb. Almaniyalılar millimizlə Reqensburq şəhərində üz-üzə gələcək.

 

Qapıçılar: Yannik Hut (“Maynts”), Odisseas Vlaxodimos (“Ştutqart”), Timon Vellenroyter (“Malyorka”, İspaniya)

 

Müdafiəçilər: Kevin Akpoquma (“Fortuna”, Düsseldorf), Niklas Süle, Ceremi Toljan (hər ikisi “Hoffenhaym”), Comatan Tah (“Bayer”), Mitçel Vayser (“Herta”)

 

Yarımmüdafiəçilər: Maksimilian Arnold (“Volfsburq”), Yulian Brandt (“Bayer”), Serj Qabri (“Vest Bromviç”, İngiltərə), Leon Qoretska, Maks Meyer (hər ikisi “Şalke”), Yannik Haberer (“Bohum”), Coşua Kimmix (“Bavariya”), Mark Stendera (“Ayntraxt”, Frankfurt), Yulian Veyql (“Borussiya”, Dortmund)

 

Hücumçular: Leroy Sane (“Salke”), Devi Selke (“Leypsiq”), Timo Verner (“Şrutqart”)