[b]Millimizin rəqibinin yeni baş məşqçisi bilindi[/b]
02.03.2018 - 15:40
Millətlər Liqasında millimizin rəqiblərindən olan Kosovo yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu posta Bernar Şalland gətirilib.
Məlumatı Kosovo Futbol Federasiyası rəsmən açıqlayıb. 66 yaşlı isveçrəli mütəxəssislə 4 illik müqavilə imzalanıb.
Şalland məşqçilik fəaliyyəti ərzində “Sürix”, “Sion”, “Yanq Boyz” kimi klubları, həmçinin Ermənistan yığmasını və İsveçrənin U-21 millisini də çalışdırıb.
Qeyd edək ki, millimiz Millətlər Liqasında Kosovo ilə yanaşı, Malta və Farer adaları ilə də eyni qrupda mübarizə aparacaq.
0
0